#İnklüzivliyin Dəsəklənməsi” adlı seminar keçiriləcək.

23 Aprel 2025

#İnklüzivliyin Dəsəklənməsi” adlı seminar keçiriləcək.

Son müraciət tarixi: 24 Aprel 2025

MÜRACİƏT ET

📢 Dəyərli gənclər təşkilatları,

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər Təşkilatlarında #İnklüzivliyin Dəsəklənməsi” adlı seminar keçiriləcək.

 

Tədbirin məqsədi gənclər və gənclər təşkilatları arasında inklüzivliyin əhəmiyyətini vurğulamaq, bu sahədə məlumatlılığı artırmaq və inklüziv yanaşmaların təşkilatlarda tətbiqini təşviq etməkdir.

 

Qeyd edək ki, seminar çərçivəsində “Fərqli Fərdlər” himninin təqdimatı baş tutacaqdır.

🗓 Tarix: 24.04.2025, saat 16:00

📍 Məkan: Globus Center, 13-cü mərtəbə

#NAYORA #gənclərtəşkilatları #gənclərüçün