#NUFA3 çərçivəsində “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutub.
21 Oktyabr 2025
Lektoriya Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və açılış nitqi ilə öz işinə başlayıb, daha sonra panel formatında davam edib.
Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və Şəhərsalma şöbəsinin müdiri Müslim İmranlı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təbliğat və tədbirlər üzrə məsləhətçisi Məleykə Tağızadə çıxış edərək gənclərin şəhərsalma proseslərində rolu, iqlimədavamlı yanaşmalar və rəqəmsal həllər haqqında fikirlərini bölüşüblər.
Lektoriyanın panel formatında baş tutan mərhələsi iştirakçıların ünvanladığı sualların cavablandırılması ilə davam edib.