“Azərbaycan Xalq Cümhuriyyətinin Tarixi İrsi və Gənclərin Rolu” mövzusunda panel müzakirə keçirilib.

31 May 2025

“Azərbaycan Xalq Cümhuriyyətinin Tarixi İrsi və Gənclərin Rolu” mövzusunda panel müzakirə keçirilib.

28 May – Müstəqillik Günü münasibətilə, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin Tarixi İrsi və Gənclərin Rolu” mövzusunda panel müzakirə keçirilib.

Tədbirdə Milli Məclisin deputatları Naqif Həmzəyev, AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, gənclər təşkilatlarının rəhbər və nümayəndələri, fəal gənclər və ictimai xadimlər iştirak ediblər.

Panel zamanı çıxış edənlər dövlətin gənclər siyasətindən, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsindən və müstəqilliyimizin əhəmiyyətindən danışıblar. Sonda tədbir iştirakçılarının maraqlandıran sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

#AzGF #NAYORA

None