“Biznes hüququ” mövzusunda 9-cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılış mərasimi təşkil olunub.
16 İyul 2025

ELSA Azərbaycan, Azərbaycan Respublikasının Gənclər Fondu, Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və bir sıra şirkətlərin dəstəyi ilə Bakıda “Biznes hüququ” mövzusunda 9-cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılış mərasimi təşkil olunub.
Açılış mərasimində ELSA Azərbaycanın Prezidenti Nazim Çələbiyev, Seminarlar və konfranslar üzrə vitse-prezident Tünzalə Mustafazadə, NAYORA-nın beynəlxalq əlaqələr üzrə katibi Nəriman Əliyev, “Turan Legal and Tax Services” şirkətinin hüquq meneceri Rəşad Cahangirov və Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə vitse-prezident Ənvər Hüseynov çıxış edərək layihənin önəmini və dəstəkçilərə təşəkkürlərini bildiriblər.
Layihə zamanı keçirilən təlimlərdə Avropanın müxtəlif ölkələrindən 50 hüquq tələbələri biznes hüququ sahəsində baza biliklər əldə etməklə yanaşı, Azərbaycan mədəniyyəti ilə də tanış olublar.
#AzGF #NAYORA #elsaazerbaijan