“Gələcəyə #Birlikdə Sosial Fəallıq və İnkişaf Proqramı” layihəsi çərçivəsində “Fəal Gənc Akademiyası” keçirilib.

19 Avqust 2025

Layihənin ikinci günündə təşkil olunan “Fəal Gənc Akademiyası”nda gənclərlə iş sahəsində fəaliyyət göstərən Hikmət Qafarov, Müşviq Tarıverdiyev və Elnarə Əliyeva tərəfindən sosial fəallıq, liderlik, komanda işi və karyera planlaşdırılması mövzularında məşğələlər aparılıb. 

Təlim müddətində iştirakçılar arasında tanışlıq və ünsiyyət qurma oyunları, qarşılıqlı əməkdaşlığı gücləndirən qrup tapşırıqları, ideya mübadiləsini təşviq edən interaktiv fəaliyyətlər və layihə təqdimatları həyata keçirilib. Bu fəaliyyətlər gənclərin bir-birini daha yaxından tanımasına, komanda işini səmərəli qurmasına, yaradıcı düşünmə və qərarvermə bacarıqlarını inkişaf etdirməsinə, həmçinin liderlik və karyera planlaşdırılması üzrə praktiki biliklər qazanmasına şərait yaradıb.

#NAYORA #GənclərTəşkilatları #Gənclərüçün #GələcəyəBirlikdə #Konstitusiyaİli

None