“Gənclər Təşkilatlarında İnklüzivliyin Dəstəklənməsi” adlı seminar baş tutub.

13 May 2025

“Gənclər Təşkilatlarında İnklüzivliyin Dəstəklənməsi” adlı seminar baş tutub.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər Təşkilatlarında İnklüzivliyin Dəstəklənməsi” adlı seminar baş tutub.

Seminarda gənclər və gənclər təşkilatları arasında inklüzivliyin əhəmiyyətinə diqqət çəkmək, bu sahədə məlumatlılığı artırmaq və təşkilatlarda inklüziv yanaşmaların tətbiqinin mümkünlüyü çərçivəsində məruzə və çıxışlar edilib. 

Tədbir çərçivəsində “Fərqli Fərdlər” himninin təqdimatı, əlilliyi olan şəxslərin iştirakı ilə inklüziv olaraq hazırlanan ifa və çıxışlar yer almışdır.✨

#NAYORA #İnklüzivlik #GənclərTəşkilatları #FərqliFərdlər #GənclərÜçün #ÜmidVar #BərabərCəmiyyət

None