“HoçazFilm” studiyasında gənclər üçün pantomima ustad dərsi keçirilib
31 Avqust 2025

“HoçazFilm” studiyasında gənclər üçün pantomima ustad dərsi keçirilib
“MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində təşkil olunan ustad dərslərindən biri də “Pantomim – aktyor sənətinin tərkib hissəsi kimi” mövzusuna həsr olunub.
Dərs Azərbaycan Dövlət Pantomima Teatrının quruluşçu rejissoru, aktyor və pedaqoq Ceyhun Dadaşov tərəfindən aparılıb. İnteraktiv formada keçən məşğələdə gənclərə aktyor sənəti ilə pantomimanın özünəməxsus xüsusiyyətləri izah olunub. Daha sonra iştirakçılar rejissorun verdiyi tapşırıqları əyani şəkildə icra edərək pantomimanın oyun texnikasını praktiki olaraq sınayıblar.
#Azərbaycan #MədəniyyətNazirliyi #AzGF #NAYORA30 #mədəniyyət #Laçın #mədəniyyətpaytaxtılaçın