“İrsin Sirləri: Heydər Əliyev və Gənclər" kvest layihəsi keçirildi!
8 May 2025

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) və “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin dəstəyi ilə “İrsin sirləri: Heydər Əliyev və gənclik” intellektual kvest oyunu keçirilib.
Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində baş tutub. İştirakçılar İçəri Şəhərin müxtəlif nöqtələrində gizli ipuçlarını taparaq komandalarla addım-addım işləmiş, sualları cavablandırmışlar. Tapşırıqlar Azərbaycan tarixi, milli-mədəni irsi və Heydər Əliyevin gənclər siyasəti ilə bağlı idi. Gənclər öz intellektual biliklərini tətbiq etməklə yanaşı, komanda işi və strateji düşüncə nümayiş etdiriblər.
Mərhələləri uğurla keçən komandalar arasında ən çox xal toplayan qalib elan edilib, medal və mükafatlarla təltif edilib. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.
#MirasınSirləri #HeydərƏliyev #GənclərSiyasəti #KöhnəŞəhər #NAYORA30 #Mədəniİrs #İntellektualKvest #AzərbaycanTarixi