“İrsin Sirləri: Heydər Əliyev və Gənclər" kvest layihəsi keçiriləcəkdir!
7 May 2025

Son müraciət tarixi: 8 May 2025
Dəyərli gənclər təşkilatları,
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “İrsin Sirləri: Heydər Əliyev və Gənclər" kvest layihəsi keçiriləcəkdir.
Layihənin məqsədi gənclər arasında tarixi irsimizin təbliği, ümummilli lider Heydər Əliyevin gənclər siyasətinə dair irsinin öyrənilməsi və gənclərin intellektual inkişafına dəstək göstərməkdir.
İştirakçılar 6 komanda şəklində bölünəcək və hər bir komanda Azərbaycan tarixi və ümummilli lider Heydər Əliyevin irsi ilə bağlı intellektual suallara cavab taparaq, məkanın şifrəsini axtaracaqlar. Müsabiqənin sonunda ən çox xal toplayan komanda qalib elan olunacaq və qaliblərə mükafatlar təqdim ediləcəkdir.