“MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində ustad dərsləri təşkil olunub.🎨
31 Avqust 2025

“MDB “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində ustad dərsləri təşkil olunub.🎨
Düşərgə iştirakçıları üçün müxtəlif sahələri əhatə edən ustad dərsləri keçirilib. Onlardan biri də rəssamlıq üzrə ustad dərsi olub.
Ustad dərsi Laçın şəhərindəki “Yurd” qalereyasının yaxınlığında açıq havada təşkil edilib. Burada gənclər Xalq rəssamı Əşrəf Heybətovun rəhbərliyi ilə şəhərin ecazkar mənzərələrini müxtəlif rakurslardan kətan üzərinə köçürüblər. Dərs prosesi zamanı isə sənətkar gənclərlə söhbət apararaq onlara yaradıcılıqla bağlı tövsiyələrini verib, rəssamlıq texnikalarının incəliklərindən danışıb.
#Azərbaycan #MədəniyyətNazirliyi #AzGF #NAYORA30 #mədəniyyət #Laçın #mədəniyyətpaytaxtılaçın