“Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panelin müzakirəsinin ikinci hissəsi baş tutub.

30 Avqust 2025

Panelin müzakirəsi zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Fərrux Cumayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə, Böyük Qaydaş Gənclər Təşkilatının sədri Nail Şükürov, “Kitob olami” Kovorkinq mərkəzinin direktoru Akmal Boymurodov, Azərbaycan Rus Gəncləri Assosiasiyasının sədri Sergey Danilov və Belarusiya YUNESKO Klublar Assosiasiyasının meneceri Yesenia Koşepa çıxış ediblər.

Çıxışlar panelin müzakirə formatında həyata keçirilib. Daha sonra yerli və beynəlxalq gəncləri maraqlandıran suallar ətrafında müzakirələr davam edib. 

Qeyd edək ki, layihə MDB-nin “Mədəniyyət paytaxtı” olan Laçın şəhərində, MDB ölkələrinin gənclərinin iştirakı ilə baş tutub.

#Mədəniyyət #AzGF #NAYORA30 #Laçın #mədəniyyətpaytaxtılaçın

None