“Qəbələ – MDB-nin 2025-ci il üçün Gənclər Paytaxtı: Müxtəlifliyin və birliyin təntənəsi” adlı beynəlxalq tədbir proqramı çərçivəsində MDB-yə üzv ölkələrin aparıcı gənclər təşkilatlarının iştirakı ilə “MDB Gənclər Təşkilatlarının Forumu” keçirilib.
10 İyul 2025

“Qəbələ – MDB-nin 2025-ci il üçün Gənclər Paytaxtı: Müxtəlifliyin və birliyin təntənəsi” adlı beynəlxalq tədbir proqramı çərçivəsində MDB-yə üzv ölkələrin aparıcı gənclər təşkilatlarının iştirakı ilə “MDB Gənclər Təşkilatlarının Forumu” keçirilib.
Forum dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Daha sonra isə rəsmi çıxışlarla tədbir davam etdirilib.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli, MDB İcraiyyə Komitəsinin humanitar əməkdaşlıq, ümumi siyasi və sosial məsələlər departamentinin mədəniyyət, idman, turizm və gənclərlə iş sahəsində əməkdaşlıq şöbəsinin müdiri Tatyana Kovalyova çıxış ediblər.
Eyni zamanda “Belarus Respublikası Gənclər İttifaqı” İctimai Birliyinin Mərkəzi Komitəsinin təşkilati, kadr, hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Yulia Kirpiçenko, eləcə də Daşkənd vilayətinin Gənclərlə iş şöbəsinin müdiri Nodi̇r Xoci̇yev öz fikirlərini bölüşüblər.
Çıxışlar zamanı gənclər siyasəti, beynəlxalq əməkdaşlıq, turizm, mədəniyyət və idman sahələrində həyata keçirilən layihələr, həmçinin regional səviyyədə gənclərin üzləşdiyi ortaq çağırışlar və onların həlli yolları müzakirə olunub.
Forumun davamında şəbəkələşmə sessiyası baş tutub və iştirakçılar regionlarda gənclərin ortaq problemləri ətrafında geniş fikir mübadiləsi aparıblar. Daha sonra iştirakçılar proqrama əsasən qruplara bölünərək, təmsil etdikləri ölkələrdə tətbiq olunan gənclər siyasəti modellərini təhlil edib və qarşılıqlı şəkildə reallaşdırıla biləcək birgə layihələr üzərində çalışaraq təqdim ediblər.
#NAYORA30 #AZEGənclər #AZEYouth #birkimibirlikdə #Birlikdə