“Qəbələ – MDB-nin Gənclər Paytaxtı 2025: Müxtəlifliyin və birliyin təntənəsi” beynəlxalq proqramı çərçivəsində MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şurasının növbəti iclası keçirilib.
9 İyul 2025

“Qəbələ – MDB-nin Gənclər Paytaxtı 2025: Müxtəlifliyin və birliyin təntənəsi” beynəlxalq proqramı çərçivəsində MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şurasının növbəti iclası keçirilib.
Gənclər və idman nazirinin müavini və MDB-nin Gənclərlə iş üzrə Şurasının sədri İndira Hacıyeva iclasın açılışında çıxış edərək MDB üzv ölkələri arasında gənclərlə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
İclasda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli, MDB İcraiyyə Komitəsinin humanitar əməkdaşlıq, ümumi siyasi və sosial məsələlər departamentinin mədəniyyət, idman, turizm və gənclərlə iş sahəsində əməkdaşlıq şöbəsinin müdiri Tatyana Kovalyova və MDB-yə üzv dövlətlərin gənclərlə iş üzrə məsul qurumlarının rəhbərləri eyni zamanda nümayəndələri hibrit formatda iştirak ediblər.
İclas çərçivəsində gündəlikdə olan 12 məsələyə dair təqdimatlar edilib, gənclərlə bağlı həyata keçirilmiş fəaliyyətlər müzakirə olunub və yekunda gündəlikdəki məsələlər üzrə Qərar layihəsi qəbul edilib.
#NAYORA30 #AZEGənclər #AZEyouth #birkimibirlikdə #Birlikdə