“Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” layihəsinə qeydiyyat açıq elan edilir!
4 Noyabr 2025
Son müraciət tarixi: 11 Noyabr 2025
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində həyata keçirilən bu layihə “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı” İctimai Birliyi tərəfindən təşkil olunur. Layihə müxtəlif təhsil müəssisələrini əhatə edir və məqsədi gənclər arasında hüquqi biliklərin artırılması, Konstitusiya ilə təsbit olunmuş əsas hüquq və azadlıqlar barədə məlumatlılığın yüksəldilməsi, eləcə də dövlətçilik prinsiplərinə hörmətin və sosial məsuliyyət hissinin gücləndirilməsidir.
Layihə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsindən irəli gələrək, gənc nəslin hüquqi şüurunun formalaşdırılmasına, milli dəyərlərə sədaqətin və vətəndaş məsuliyyətinin təbliğinə yönəlib.
Layihə iki əsas mərhələdən ibarətdir:
1. İştirakçıların seçilməsi və təlimçi hüquq tələbələrinin hazırlanması -hüquq fakültələrinin III–IV kurs bakalavr və magistr pillələrində təhsil alan tələbələr, eləcə də gənc hüquqşünaslar arasından qeydiyyat prosessinə əsasən seçiləcək 10 iştirakçı üçün hüquqi, natiqlik, pedaqoji yanaşma və kommunikasiya bacarıqları üzrə silsilə təlimlər keçiriləcək. Bu mərhələdə iştirakçılar təlimçilər kimi formalaşdırılacaq.
2. Məktəblərdə hüquqi maarifləndirmə təlimləri - layihənin təntənəli açılış mərasimi həyata keçirildikdən sonra Bakı şəhəri və ətraf ərazilərin 5 müxtəlif ümumtəhsil məktəblərində hüquq tələbələri arasından seçilmiş iştirakçılar tərəfindən X–XI sinif şagirdləri üçün interaktiv formatda təlimlər təşkil ediləcək. Bu təlimlər zamanı şagirdlər Azərbaycan Respublikasının Konstitusiyası, suverenlik, kibertəhlükəsizlik haqqında biliklər əldə edəcəklər.
Layihə gənclərin hüquqi savadlılığının artırılmasına, onların ictimai fəallığının və milli həmrəyliyinin möhkəmlənməsinə töhfə verəcək mühüm təşəbbüsdür.
Son qeydiyyat tarixi: 11.11.2025, 23:59.
📥Hər hansı sualınız olarsa, bizimlə [email protected] elektron-poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.