“Təşkilatların Potensialını Gücləndir” layihəsi çərçivəsində “Gənclər təşkilatları üçün sahibkarlıq” adlı təlim baş tutacaqdır.

22 Aprel 2025

“Təşkilatların Potensialını Gücləndir” layihəsi çərçivəsində “Gənclər təşkilatları üçün sahibkarlıq” adlı təlim baş tutacaqdır.

Son müraciət tarixi: 22 Aprel 2025

📢 Dəyərli gənclər təşkilatları,

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) “Təşkilatların Potensialını Gücləndir” layihəsi çərçivəsində “Gənclər təşkilatları üçün sahibkarlıq” adlı təlim baş tutacaqdır.

 

Bu təlim gəncləri və gənclər təşkilatlarını sahibkarlıq metodları ilə tanış etmək, riskləri düzgün qiymətləndirmək və ideyalarını gerçəkləşdirmək üçün zəruri bilik və bacarıqlarla təmin etməyi hədəfləyir. Həmçinin, iştirakçılar resursları səmərəli idarə etmək, maliyyə planlaması aparmaq və bazar tələblərinə uyğun strategiyalar hazırlamağı öyrənəcəklər.

 

🗓 Tarix: 23.04.2025, saat 15:00

📍 Məkan: Globus Center, 13-cü mərtəbə

🔗 Qeydiyyat linki: https://surl.lu/hrqdya

 

#NAYORA #sahibkarlıq #gənclərtəşkilatları #təlim #inkişaf #gənclərüçün