“Türk Dünyası Rəqabət Hüququ Yay Proqramı” adlı beynəlxalq tədris proqramı başa çatıb.
7 Avqust 2025

NAYORA-nın tərəfdaş olduğu Türk Dünyası Rəqabət Hüququ Yay Proqramı Türkiyənin İstanbul şəhərində, Bahçeşehir Universitetinin ev sahibliyi ilə həyata keçirilib. Proqramda Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistandan olan gənc hüquqşünaslar, tələbələr və akademik nümayəndələr iştirak ediblər.
Proqram çərçivəsində açılış mərasimi, səfərlər, rəqabət hüququ üzrə akademik mühazirə və seminarlar keçirilib. Sonuncu gün baş tutan dəyirmi masa müzakirəsində ortaq ideyalar paylaşılıb, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Proqram iştirakçılara sertifikatların təqdim olunması ilə yekunlaşıb.
Qeyd edək ki, proqramın əsas məqsədi Türk dünyası gəncləri arasında rəqabət hüququ sahəsində bilik və təcrübə mübadiləsini təşviq etmək, ölkələr arasındakı əməkdaşlıq imkanlarını genişləndirmək və ortaq təşəbbüslərin əsasını qoymaq olub.
#TürkDünyası #RəqabətHüququ #YayProqramı #BahçeşehirÜniversitesi #TürkAkademiyası