"Çay məclisi" görüşü baş tutacaq!
15 İyul 2025

Son müraciət tarixi: 17 İyul 2025
Dəyərli gənclər təşkilatlarının rəhbər və nümayəndələri,
Sizi region gəncləri ilə gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı təşəbbüslərin inkişafına və birgə fəaliyyətlərin planlaşdırılması kimi mövzuları əhatə edən görüşə dəvət edirik.
Görüş çərçivəsində:
* Regionlarda gənclərlə işin təşkili və əməkdaşlıq imkanları,
* Region gəncləri və gənclər təşkilatları arasında birgə təşəbbüslərin təşviqi,
* Yaxın müddətdə regionlarda həyata keçiriləcək layihələr və iştirak imkanları,
* Əməkdaşlığın davamlı və effektiv formalarının qurulması mövzularında müzakirələr aparılacaq.
📅 Tarix: 18.07.2025
📍Məkan: Kitchen Plus
#AzGF #NAYORA #GənclərləBirlikdə #RegionGəncliyi #GənclərTəşkilatları #Gənclərləİş #Əməkdaşlıqİmkanları