"Gələcəyə #Birlikdə Güclüyük" Gənclər Forumu həyata keçirilib.
19 Avqust 2025

Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və “İşıqlı Gələcək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gələcəyə #Birlikdə | Sosial Fəallıq və İnkişaf Proqramı” layihəsi çərçivəsində "Gələcəyə #Birlikdə Güclüyük" Gənclər Forumu həyata keçirilib.
Forum öncəsi rəsmilər Mingəçevir Dövlət Universitetində Heydər Əliyevin büstünü ziyarət edib, gül dəstələri qoyublar. Rəsmi açılış Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Tədbirdə MDU-nin rektoru Anar Eminov, Millət Vəkili Aydın Mirzəzadə, Mingəçevir şəhər icra nümayəndəsi Sahib Əliyev, NAYORA-nın baş katibi Nərminə Hüseynzadə, Mingəçevir Gənclər Evinin direktor vəzifəsini icra edən Eşqin Məmmədov və “İşıqlı Gələcək Gənclər” İB-nin sədri Samirin Xanlayev çıxış ediblər. Onlar ölkədə gənclər siyasətinin təhsil, yaradıcılıq və ictimai fəaliyyət imkanlarını genişləndirdiyini, qalib xalqın gənclərinin sosial-iqtisadi və ictimai-siyasi həyatda fəal iştirak etdiyini vurğulayıblar.
Daha sonra panel müzakirələrdə təhsilin vətəndaş məsuliyyətində rolu, fəal vətəndaşlıq, gənclərin ictimai təşəbbüslərdə iştirakı və sosial məsuliyyət mövzuları müzakirə olunub, gələcək layihələr üçün təkliflər irəli sürülüb.
#NAYORA #GənclərTəşkilatları #Gənclərüçün #GələcəyəBirlikdə #Konstitusiyaİli