"Gənclər Təşkilatları və Medianın Kəsişdiyi Nöqtələrdə Yeni Yanaşmalar” mövzusunda görüş keçirilib.
1 Avqust 2025

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər Təşkilatları və Medianın Kəsişdiyi Nöqtələrdə Yeni Yanaşmalar” mövzusunda görüş keçirilib.
Görüş zamanı gənclər və gənclər təşkilatları arasında medianın rolu, düzgün və effektiv informasiyanın formalaşdırılması, sosial mediada təşkilatların imicinin qurulması və medianın gənclərin fəallığına təsiri kimi mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirin qonağı — jurnalist, aparıcı Lalə Azərtaş olub.
#NAYORA30 #GənclərTəşkilatlar #Gənclərüçün #Media150il