"İnsan Alverinə qarşı Mübarizədə Gənclər Təşkilatlarının rolu” mövzusunda maarifləndirici təlim keçiriləcəkdir.
17 İyun 2025

Son müraciət tarixi: 17 İyun 2025
İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş "İnsan Alverinə qarşı Mübarizədə Gənclər Təşkilatlarının rolu” mövzusunda maarifləndirici təlim keçiriləcəkdir.
Tədbir zamanı insan alverinin qurbanlarına hüquqi və sosial yardımlar, insan alverinə qarşı mübarizə yolları və insan alverinin qarşısını almaq üçün effektiv strategiyalar kimi mövzular müzakirə ediləcəkdir. Eyni zamanda, insan alveri ilə bağlı maarifləndirmə tədbirlərinin əhəmiyyəti, bu halların qarşısının alınmasında hüquqi və beynəlxalq mexanizmlərin rolu, preventiv yanaşmaların tətbiqi yolları təqdim ediləcəkdir. Gənclər təşkilatlarının bu sahədə rolunun genişləndirilməsi kontekstində tərəfdaş qurumlar arasında səmərəli koordinasiyanın təmin edilməsi və uzunmüddətli fəaliyyətin davamlılığı məsələləri ön plana çıxarılacaqdır.
🗓 Tarix: 17.06.2025
🕒 Saat: 15:00
📍Məkan: Gənclər Təşkilatlarının Resurs Mərkəzi (Globus Center, 13-cü mərtəbə)