"MDB ölkələrinin Gənclər Düşərgəsi" çərçivəsində "Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası" mövzusunda panel müzakirəsi keçirilib.
29 Avqust 2025

🌍 “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində “Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirəsi keçirilib.
Panel Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb, daha sonra rəsmi çıxışlar olub.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Fərrux Cumayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə, Qırğızıstan Gənclər Hərəkatının sədri Jakshylyk Beknazarov, “Ümummilli Liderin Davamçıları” QHT sədrinin müavini Xofiz Sanqakov, və Qazaxıstan Gənclər Konqresinin icraçı direktorunun müavini Saulet Abuov çıxış ediblər.
Rəsmi çıxışlardan sonra yerli və beynəlxalq gəncləri maraqlandıran suallar ətrafında müzakirələr davam edib.
#MədəniyyətNazirliyi #AzGF #NAYORA30 #MDBGənclərDüşərgəsi #MədəniVəYaradıcıSənayelər #MədəniyyətPaytaxtıLaçın