2 Fevral - Gənclər Günü münasibəti ilə "Gənclər Təşkilatları Mədəniyyətin Axarında!" - layihəsi baş tutmuşdur.

3 Fevral 2025

2 Fevral - Gənclər Günü münasibəti ilə "Gənclər Təşkilatları Mədəniyyətin Axarında!" - layihəsi baş tutmuşdur.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə “Gənclər Təşkilatları Mədəniyyət Axarında” adlı layihə baş tutub.

 

Layihə zamanı gənclər təşkilatları və nümayəndələri müxtəlif mədəniyyət proqramlarında iştirak ediblər. Layihə çərçivəsində gənclər və nümayəndələr Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli bəstəkar Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert proqramında, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunan “O olmasın, bu olsun” tamaşasında və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilən “Şükriyyə” tamaşasında iştirak ediblər.

 

Bu layihənin məqsədi gənclər arasında mədəniyyətə marağı artırmaq, onların sosial əlaqələrini gücləndirmək və əməkdaşlıq ruhunu inkişaf etdirməkdir. Eyni zamanda, iştirakçılar mədəniyyət sahəsindəki təcrübələrini zənginləşdirərək, yeni dostluqlar qurublar. Layihə, gənclərin mədəniyyətə olan marağını və iştirakçıların komanda ruhunu daha da möhkəmləndirib.

 

#AzGF #NAYORA #GənclərTəşkilatlarıMədəniyyətAxarında #Gənclər #MədəniyyətVəGənclik #BirlikdəDahaGüclüyük

None