Avrasiya Gənc İş İnsanları Forumu – EYBF 2025

4 Noyabr 2025

Avrasiya Gənc İş İnsanları Forumu – EYBF 2025

Bakıda Gənc MÜSİAD təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, KOBİA, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və digər tərəfdaş qurumların dəstəyi ilə “Avrasiya Gənc İş İnsanları Forumu – EYBF 2025” keçirilib.

Forum çərçivəsində panel müzakirələri təşkil olunub. Panel müzakirələrdə Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyə Gənclər və İdman Nazirliyinin müavini Dr. Enis Eminoğlu, həmçinin NAYORA-nın sədri Rafael Hacıbəyli spiker qismində çıxış ediblər.

Çıxışlar zamanı panel iştirakçıları gənclərin sahibkarlıq təşəbbüslərində rolu, regional əməkdaşlığın gücləndirilməsi, biznes mühitində gənclərin fəallığının artırılması və innovativ ideyaların dəstəklənməsi mövzularına toxunublar.

Panel müzakirələri interaktiv şəkildə keçib, iştirakçılar panelistlərlə sual-cavab formatında fikir mübadiləsi aparıblar.