Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA) və ADA İbtidai Məktəbinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçiriləcəkdir.
30 May 2025

Son müraciət tarixi: 30 May 2025
📣 Dəyərli gənclər təşkilatlarının nümayəndələri,
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA) və ADA İbtidai Məktəbinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçiriləcəkdir.
Tədbir zamanı NAYORA-ya üzv olan gənclər təşkilatları məktəblilər üçün ekologiya, texnologiya, incəsənət, könüllülük, sosial məsuliyyət və digər sahələrə yönəlik interaktiv master-klasslar və vörkşoplar təşkil edəcəklər. Eyni zamanda iştirakçılar gənclər təşkilatlarının fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Tədbirin əsas məqsədi uşaqların maarifləndirilməsi, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və qeyri-formal təhsil imkanlarının təşviq olunmasıdır.
🗓 Tarix: 1 İyun 2025
📍 Məkan: ADA İbtidai Məktəbi
#NAYORA #1İyun #UşaqlarGünü #GənclərTəşkilatları #QeyriFormalTəhsil #Könüllülük #SosialMəsuliyyət #ADAİbtidaiMəktəbi