Azərbaycan Respublikasının Gənclər Fondu gənclər və gənclər təşkilatları üçün “Rəqəmsal” mövzulu layihələrə dair Qrant Müsabiqəsini elan edir.
17 Oktyabr 2024
Son müraciət tarixi: 10 Noyabr 2024
Azərbaycan Respublikasının Gənclər Fondu gənclər və gənclər təşkilatları üçün “Rəqəmsal” mövzulu layihələrə dair Qrant Müsabiqəsini elan edir. 
Müsabiqənin məqsədi: 
Gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək, gənclərin yaradıcı potensialını aşkara çıxarmaq üçün onların internet məkanda kreativ rəqəmsal məzmunlar yaratmasını təşviq etməkdir. 


Layihələrin istiqamətləri: 
•
Rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi və ya inteqrasiyası vasitəsilə innovativ həllər təklif edən məhsullar;
• 
Müxtəlif rəqəmsal platformalarda yaymaq üçün nəzərdə tutulmuş rəqəmsal alətlər və dizayn proqramlarından istifadə edilməklə hazırlanmış kreativ maarifləndirici, məlumatlandırıcı və əyləncəli video məzmunlar.
Qrantların maksimum məbləğləri :

•
Gənclərin (fiziki şəxslərin) fərdi layihələri üzrə - 5 000 AZN;
•
Gənclər təşkilatlarının yerli layihələri üzrə - 10 000 AZN;
•
Gənclər təşkilatlarının beynəlxalq layihələri üzrə - 15 000 AZN.
Müsabiqənin müddəti:
• Başlanma tarixi: 18 oktyabr 2024-cü il. 
• Son tarix: 10 noyabr 2024-cü il, saat 18:00-dır. 