Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və “Xəzər”İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə Zəfərimizin 5 illiyi münasibətilə “#Birlikdə: Zəfər” həftəsi çərçivəsində gənclət təşkilatları arasında “Zəfər Kuboku” adlı intellektual oyun keçiriləcəkdir.
3 Noyabr 2025
Son müraciət tarixi: 7 Noyabr 2025
📌 Yarışın formatı:
• Yarışda 8 komanda intellekt, məntiq və ümumi dünya görüşü üzərində qurulmuş suallarla mübarizə aparacaq.
• Komandalar Zəfər tariximiz, Vətən müharibəsi qəhrəmanları və dövlətimizin nailiyyətləri barədə biliklərini birlikdə sınağa çəkəcəklər.
• Müsabiqənin sonunda ən çox xal toplayan komanda qalib elan olunacaq və qaliblərə mükafatlar təqdim ediləcəkdir.