Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və Türkiyə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan-Türkiyə Mütəxəssislər Mübadilə Proqramı” çərçivəsində gənclər Türkiyəyə səfər ediblər.
16 Oktyabr 2025
Altı gün davam edən səfər zamanı iştirakçılar Türkiyə Gənclər və İdman Nazirliyinə səfər edərək nazir müavini Enes Eminoğlu ilə görüşüblər. Görüş zamanı nazirliyin fəaliyyəti və gələcək əməkdaşlıq imkanları barədə təqdimat nümayiş etdirilib. Daha sonra 15 Temmuz Muzeyi, Millət Kitabxanası, Ulu Camii, Orxan və Osman qazilərin türbəsi, Nilüfer və Altındağ Gənclər Mərkəzləri, eləcə də İstanbul Gençlik və Spor İl Müdürlüğü kimi tarixi və mədəni obyektləri ziyarət ediblər.
Qeyd edək ki, səfərdə NAYORA-nın Beynəlxalq Əlaqələr üzrə Katibi Nəriman Əliyev də iştirak edib.