Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti tərəfindən Özbəkistanda “Gənc Tədqiqatçılar üzrə Beynəlxalq Sammit” keçiriləcək!
3 Oktyabr 2025
Son müraciət tarixi: 8 Oktyabr 2025
Dəyərli gənclər təşkilatlarının rəhbər və nümayəndələri,
NAYORA olaraq üzvlərimiz üçün yeni imkan təqdim edirik!
Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti tərəfindən Özbəkistanda “Gənc Tədqiqatçılar üzrə Beynəlxalq Sammit” keçiriləcəkdir.
Məqsəd: Gənc lider və tədqiqatçıları bir araya gətirərək, BMT-nin 2030 Gündəliyi çərçivəsində sülh, inkişaf və əməkdaşlığı təşviq etmək.
Sessiyalar:
1. MDB – Liderlik və innovasiya
2. Aİ – Diplomatiya və Avropa perspektivləri
3. ŞƏT – Rəqəmsal diplomatiya
4. TDT – Mədəni diplomatiya
İştirakçılardan yüksək səviyyədə ingilis dili, arzuolunan olaraq isə rus dili bilikləri tələb olunur.
Tarix: 10-12 oktyabr 2025-ci il
Məkan: Özbəkistan, Daşkənd şəhəri
Qeydiyyat linki: https://forms.gle/8EqKZMMvywrsnQue8