Dünya Rəsm və İncəsənət Gününə həsr olunmuş “İncəsənətin rənglərlə ifadəsi” adlı Rəsm Masterklassı keçiriləcəkdir.

14 Aprel 2025

Dünya Rəsm və İncəsənət Gününə həsr olunmuş “İncəsənətin rənglərlə ifadəsi” adlı Rəsm Masterklassı keçiriləcəkdir.

Son müraciət tarixi: 16 Aprel 2025

MÜRACİƏT ET

📢 Dəyərli gənclər təşkilatları,

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Heydər Əliyev adına İdman-Konsert Kompleksinin birgə təşkilatçılığı ilə Dünya Rəsm və İncəsənət Gününə həsr olunmuş “İncəsənətin rənglərlə ifadəsi” adlı Rəsm Masterklassı keçiriləcəkdir.🎨

 

Tədbirin məqsədi gənclər və gənclər təşkilatları arasında incəsənətin təbliği və təşviqinə töhfə verməkdir. Masterklass zamanı iştirakçılar təcrübəli rəssamlardan rəsm texnikalarını öyrənəcək, rənglərlə düzgün işləmə üsulları və rəng keçidləri haqqında praktiki biliklər əldə edəcəklər.

🗓 Tarix: 16.04.2025, saat 15:00

📌 Məkan: Heydər Əliyev adına İdman-Konsert Kompleksi

🔗Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/e/1FAIpQLSdA9LSme7qvoxO0J4UH_ZmZSVSWhy16IQqm8WcftZXvdr4x7w/viewform

 

📌İştirak ödənişsizdir, yerlər məhduddur və iştirakı təsdiq olunmuş şəxslərlə əlaqə saxlanılacaqdır.

 

#NAYORA #İncəsənət #Rəsm #Rənglərinahəngi #gənclərtəşkilatları #gənclərüçün