Düşərgə çərçivəsində keçirilən daha bir ustad dərsi keramika sənətinə həsr olunub.
31 Avqust 2025

Düşərgə çərçivəsində keçirilən daha bir ustad dərsi keramika sənətinə həsr olunub. Məşğələni rəssam-keramist Emin Ələkbərov aparıb.
O, Azərbaycanda bu sənətin qədim tarixi və zəngin ənənələri barədə gənclərə məlumat verib, həmçinin keramika və gil qabların hazırlanma prosesinin mərhələlərini izah edib. İştirakçılar ustadın təqdim etdiyi nümunələr əsasında bu sənətin incəlikləri ilə yaxından tanış olublar.
#Azərbaycan #MədəniyyətNazirliyi #AzGF #NAYORA30 #mədəniyyət #Laçın #mədəniyyətpaytaxtılaçın