Film Fondunda infotur və film nümayişi keçirilib.
5 Avqust 2025

Azərbaycan Kinosu Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Kino Agentliyi və Azərbaycan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Film Fondunda infotur və film nümayişi keçirilib.
Tədbirdə gənclər və gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak ediblər. İştirakçılar Film Fondunun fəaliyyəti və kino irsi ilə tanış olublar.
Sonda “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirilib.
#NAYORA30 #AzərbaycanKinosuGünü