Gənclər Təşkilatlarının Resurs Mərkəzində “Şəbəkə: Gənclər Təşkilatlarının Fəaliyyətlərinə Dəstək” proqramının qalibləri ilə görüş keçirilib.

3 Noyabr 2025

Gənclər Təşkilatlarının Resurs Mərkəzində “Şəbəkə: Gənclər Təşkilatlarının Fəaliyyətlərinə Dəstək” proqramının qalibləri ilə görüş keçirilib.

Görüş zamanı proqramın qalibi olan gənclər təşkilatlarının nümayəndələri tərəfindən həyata keçiriləcək layihələrin məqsədləri, gözlənilən nəticələri və gənclərin inkişafına verəcəyi töhfələr barədə müzakirələr aparılıb.

Eyni zamanda, qaliblərlə qrant müqavilələrinin bağlanması prosesi, eləcə də maliyyə və təsviri hesabatların təqdim edilməsi qaydaları haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə, NAYORA-ya üzv olan gənclər təşkilatları üçün elan olunub.