Gənclər Təşkilatlarının Resurs Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş baş tutub.

3 Oktyabr 2025

Görüş zamanı Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və NAYORA-nın sədri Rafael Hacıbəyli çıxış edib. Onlar çıxışlarında qalib olan gənclər təşkilatlarının rəhbərləri və nümayəndələrini, həmçinin fərdi layihə qaliblərini təbrik edərək layihələrinə uğurlar diləyiblər və müsabiqənin keçirilməsinin əsas məqsədinin gənclər arasında Konstitusiyanın mahiyyətinin təbliği, hüquqi biliklərin artırılması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi olduğunu vurğulayıblar.

Daha sonra Fondun müvafiq şöbələri qrant müqavilələrinin bağlanması və hesabatların təqdim edilməsi qaydaları barədə məlumat verib.

Qeyd edək ki, qaliblər arasında 39 gənclər təşkilatı olub və onlardan 24-ü NAYORA-nın üzvüdür.