Gənclər Təşkilatlarının Resurs Mərkəzində beynəlxalq qonaqların iştirakı ilə görüş keçirilib.
6 Oktyabr 2025
Görüşdə ölkəmizdə səfərdə olan Malayziya Gənclər Şurasının prezidenti İzzət Afifi, Tanzaniya Milli Gənclər Liqasının rəhbəri Cessika Mşama və Uqanda Milli Gənclər Şurasının sədri Ceykob Eyeru ilə "Şəbəkə: Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi Proqramı"nın iştirakçıları ilə bir araya gəliblər.
Tədbir zamanı beynəlxalq əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.