Gənclərlə #birlikdə: region gənclərinin təşkilatlarla əməkdaşlıq günü” adlı forum keçirilib.
17 İyul 2025

“Qəbələ – MDB-nin 2025-ci il Gənclər Paytaxtı” proqramı çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənclərlə #birlikdə: region gənclərinin təşkilatlarla əməkdaşlıq günü” adlı forum keçirilib.
33 regionu təmsil edən Gənclər Evləri və aparıcı gənclər təşkilatlarının rəhbər və nümayəndələri, həmçinin gənclərin iştirakı ilə keçirilən forum ilkin tanışlıq sessiyası ilə başlayıb. Ardınca iştirakçılar qruplara bölünərək gələcək layihə ideyaları üzərində müzakirələr aparıblar.
Daha sonra gənclər təşkilatlarının sərgisi təşkil edilib, layihələr əsasında tanışlıq və şəbəkələşmə imkanları yaradılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub. Sonda hazırlanan ideyalar təqdim olunub, suallar cavablandırılıb, təklif və rəylər dinlənilib.
#NAYORA30 #AZEGənclər #AZEYouth #birkimibirlikdə #Birlikdə