Hüquq Karyera Forumu keçiriləcək!

3 Oktyabr 2025

Hüquq Karyera Forumu keçiriləcək!

Son müraciət tarixi: 4 Oktyabr 2025

Dəyərli dostlar,

5 oktyabr tarixində ELSA Azərbaycan ("Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı" ictimai birliyi) tərəfindən ilk dəfə olaraq Hüquq Karyera Forumu keçiriləcəkdir!

Hüquq Karyera Forumu - hüquq sahəsində təhsil alan tələbə və gənc hüquqşünasların karyera inkişafını dəstəkləməyi və gələcək perspektivlərini aydınlaşdırmağı hədəfləyən bir layihədir.

ℹForum 3 panel sessiyadan ibarət olmaqla aşağıdakı mövzuları əhatə edəcək:
1. Dövlət və özəl sektorda çalışan hüquqşünasların fəaliyyəti
2. Hüquqşünaslar üçün yumşaq və sərt bacarıqlar
3. Hüquqşünaslıq peşəsinin gələcəyi: Süni intellekt texnologiyaları əmək bazarını necə dəyişir?

🔹Tədbir iştirakçılara yalnız müzakirələrdə iştirak imkanı deyil, həm də hüquq sahəsində fəaliyyət göstərən mütəxəssislərlə şəbəkələşmə və yeni əlaqələr qurmaq fürsəti təqdim edəcək.