Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi keçirilib

30 Avqust 2025

Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi keçirilib

Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi keçirilib

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbir rəsmi çıxışlarla davam edib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri (NAYORA) Rafael Hacıbəyli, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu icraçı direktorunun müavini Elvira Dolya və Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə çıxış ediblər.

 

Çıxışlarda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Laçında genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyi vurğulanıb. Bildirilib ki, şəhərdə gənclərin istedad və bacarıqlarının inkişafı, asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şərait onların yaradıcılıq imkanlarını genişləndirir. Həmçinin layihənin yaradıcı gənclər arasında əməkdaşlığın möhkəmlənməsinə və yeni ideyaların ortaya çıxmasına şərait yaratdığı qeyd olunub.

 

Qeyd edək ki, düşərgə Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə keçirilib. Layihədə Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistandan gənclər iştirak ediblər.

 

#Azərbaycan #MədəniyyətNazirliyi #AzGF #NAYORA30 #mədəniyyət #Laçın #mədəniyyətpaytaxtılaçın

None