NUFA3-də şəhərsalma həvəskarları “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” mövzusu ilə bir araya gəlir!

14 Oktyabr 2025

NUFA3-də şəhərsalma həvəskarları “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” mövzusu ilə bir araya gəlir!

Son müraciət tarixi: 16 Oktyabr 2025

III Azərbaycan Milli Şəhərsalma Forumu (#NUFA3) çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, UN-Habitat və NAYORA-nın birgə təşkilatçılığı ilə şəhərsalma və memarlıq sahəsinin həvəskarları tələbələr, gənc mütəxəssislər üçün “Gələcək Şəhərlərimiz üçün #GənclərinBirliyi” mövzusunda lektoriya keçiriləcək.

Tədbirdə #iqlimədavamlı və sağlam #şəhərlər’in qurulmasında gənclərin rolu, #şəhərsalma #innovasiya’ları və #rəqəmsal həllərin inteqrasiyası, həmçinin planlaşdırma proseslərində institusional iştirakı kimi mövzular işıqlandırılacaq.

Mühazirəçilərimiz kimlərdir?
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və şəhərsalma şöbəsinin müdiri Müslim İmranlı
• Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova
• Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli
• BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Təbliğat və tədbirlər üzrə məsləhətçisi Məleykə Tağızadə

🔗 Bu təcrübəyə qoşulmaq və bu dialoqun bir hissəsi olmaq üçün qeydiyyat formasını doldurun: https://bitly.cx/tozW

📍 Bakı şəhəri, Baku Marriott Hotel Bulvarı
📅 17 oktyabr, saat: 11:00