Ümumdünya Kitab Gününə həsr olunmuş “Məktubdan Doğulan Obraz: Ədəbiyyatda Qadın” adlı görüş baş tutacaq
22 Aprel 2025

Son müraciət tarixi: 22 Aprel 2025
📢 Dəyərli gənclər təşkilatlarının rəhbər və nümayəndələri,
Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə 23 aprel – Ümumdünya Kitab Gününə həsr olunmuş “Məktubdan Doğulan Obraz: Ədəbiyyatda Qadın” adlı görüş baş tutacaq.📚
Tədbirin məqsədi gənclər və gənclər təşkilatları nümayəndələri arasında mütaliə mədəniyyətini təşviq etmək, kitab oxuma vərdişlərini formalaşdırmaq və ədəbiyyat vasitəsilə cəmiyyətə töhfə verməyə təşviq etməkdir. Görüş çərçivəsində “Məktubdakı Qadın” kitabının müəllifi Mürşüd Mehdi iştirak edəcək. Yazıçı ədəbiyyatda qadın obrazlarının yeri və əhəmiyyəti, oxucu-yazıçı münasibətləri, kitab yazma prosesinin incəlikləri barədə fikirlərini bölüşəcəkdir.
📆 Tarix: 23.04.2025
🕑 Saat: 14:00
📍 Məkan: Globus Center, 13-cü mərtəbə
🔗 Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSeOKQFWdnoinbRxE9blBTwwYfnp7jHATN_kyOgd1FHiVePf4g/viewform
#NAYORA #Gənclərtəşkilatları #gənclərəfürsət