Zəfərimizin 5 illiyi münasibətilə “#Birlikdə: Zəfər” həftəsi çərçivəsində “Gənclər Təşkilatlarının Zəfər Konqresi” keçiriləcəkdir.
30 Oktyabr 2025
Son müraciət tarixi: 5 Noyabr 2025
Tədbirdə dövlət qurumlarının nümayəndələri, NAYORA-ya üzv gənclər təşkilatlarının rəhbər və nümayəndələri, eləcə də şəhid və qazi ailələri iştirak edəcəkdir.
Konqres çərçivəsində gənclər təşkilatlarının Böyük Qayıdış və yenidənqurma prosesində rolu, həmçinin gənclərin sosial təşəbbüsləri mövzularında müzakirələr, Qarabağda gənclərin fəaliyyəti ilə bağlı video nümayiş təqdim ediləcək və “Zəfər Sədası” adlı bədii kompozisiya səhnələşdiriləcəkdir.
📆 Tarix: 6 noyabr 2025, saat 14:00
📍 Məkan: Bakı Konqres Mərkəzi
🔗 Qeydiyyat linki:https://forms.gle/5zwyh9ng3DnxTMqt6
📌 Qeydiyyatı təsdiqlənən iştirakçılarla əlavə məlumat üçün əlaqə saxlanılacaqdır.