"Bakı Gənclər Klubu" İctimai Birliyi

"Bakı Gənclər Klubu" İctimai Birliyi

“Bakı Gənclər Klubu” İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il mayın 4-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "Bakı Gənclər" Klubu İctimai Birliyi ölkədə gənclərin inkişafına dəstək göstərən, onların fəallığını və ictimai iştirakçılığını artırmağı hədəfləyən ictimai təşkilatdır. Təşkilatın əsas məqsədi gənclərin bilik və bacarıqlarını artırmaq, onların sosial, mədəni və intellektual potensialını inkişaf etdirmək, sağlam həyat tərzini təşviq etmək və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.